- Baxış sayı: 17
- 28 Noyabr 2024 17:21
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
Avro-2020-nin seçmə mərhələsində millimiz iyunun 8-də evdə Macarıstan, 3 gün sonra Slovakiya futbolçularını qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün “Bakcell arena”da baş məşqçimiz Nikola Yurçeviç mətbuat konfransı keçirib:
“Əvvəlki toplanışla indiki hazırlıq prosesi arasında fərq böyükdür. Bu dəfə hazırlaşmaq üçün daha çox vaxtımız olacaq. Ancaq işimiz bir qədər qəlizdir. Bəzi futbolçularımız sonuncu dəfə mayın 11-də, bir qismi isə mayın 19-da rəsmi oyun keçirib. 16 nəfərlə hazırlığa başlamışıq. Qarşıdakı günlərdə digər oyunçuların məşqlərdə iştirakı təmin olunacaq.
Ölkə xaricində çıxış edən futbolçular isə FİFA-nın pəncərəsinə uyğun olaraq Bakıya gələcəklər və son bir həftədə ümumi say 27 nəfərə çatacaq. Oyunların əhəmiyyətini hamımız dərk edirik. Futbolçularla söhbət zamanı da bunu duyuruq. Komandada əhval-ruhiyyə yaxşıdır. Optimistəm, oyunlar zamanı stadionun dolu olacağına və azarkeşlərimizin dəstəyi ilə lazımi nəticəni birlikdə qazanacağımıza ümid edirik. Bacardığımızın ən yaxşısını ortaya qoymalıyıq ki, uğurlu olaq. Özümüzdən razı olmaq üçün əsasımız yoxdur.
Futbolçuların vacib oyunlaröncəsi zədələnməyəcəyinə, tam heyətlə meydana çıxacağımıza inanıram. Toplanış müddətində iyunun 1-də U-21 milli komandası ilə yoxlama oyunu keçirəcəyik. Bu qarşılaşmaya da tam heyətlə çıxa bilməyəcəyik. Çünki bir neçə futbolçumuz komandaya iyunun 3-də qoşulacaq”.