“Orda bizi ət kimi sərt doğramışdılar”

Millimizin keçmiş qapıçısı Dmitri Kramarenko Rusiya mətbuatına müsahibə verib. Allsport.az xəbər verir ki, SSKA klubunda qapıçılarla iş üzrə məşqçi kimi çalışan həmyerlimiz, Azərbaycanda çıxış etdiyi vaxt AÇ-2000-nin seçmə mərhələsində Portuqaliyaya səfərdə 0:7 hesabı ilə uduzduqları oyunla bağlı danışıb:

“Utancverici bir şey idi. O vaxtlar Kriştiano Ronaldo olmasa da, Portuqaliya yığması çox güclü idi. Səfərdə 0:7 hesabıyla uduzduq. Çox məyus oldum və bilirdim ki, bu qədər qol buraxmağa haqqım yox idi. Orda bizi ət kimi sərt doğramışdılar.

Özümə söz vermişdim ki, cavab görüşündə ən azı uduzmayacağıq. Bakıda onlara qarşı 2 gün oynadıq. İlk oyun günündə hesab 0:0 ikən, stadionda işıqlar söndü. Nəticədə növbəti gün də oynamalı olduq və 1:1 hesablı heç-heçə etdik. Bu, böyük uğur idi”.

Həmin kateqoriyadan