- Baxış sayı: 60
- 01 Mart 2026 12:23
- Baxış sayı: 69
- Mart 02, 2026
- 0

Kişi voleybolçuların yüksək liqasında yarımçıq dayandırılmış VII turun “Xilasedici” – “Ordu” klubları arasında oyun ilə bağlı qərar verilib. Allsport.az xəbər verir ki, dekabrın 17-də yekun nəticəsi ilə əlaqədar bu gün AVF-in iclas keçirilib.
Toplantıda federasiyanın inzibati məsələlər komissiyasının üzvləri, bu komandalarının menecerləri, qarşılaşmanın supervayzeri və hakimlər iştirak ediblər. AVF-nin baş katibi Faiq Orucovun rəhbərliyi ilə keçən yığıncaqda dünənki görüş baş verən hadisələr ətraflı şəkildə araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
Qərara əsasən, yarımçıq dayandırılmış “Xilasedici” – “Ordu” qarşılaşmasında meydan sahiblərinə 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.