“Ordu”nun liberosu: “Hədəfimiz çempionluqdur”

Kişi voleybolçuların yüksək liqasının yarımfinalında “Ordu” ilk oyunda “Neftçi”yə qalib gəlib – 3:0 (25:12, 25:14, 25:16). Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “hərbçilər”in liberosu Kənan Allahverdiyev bunu deyib:

“İlk matç hələ heç nə demir. 2-ci oyunda da qalib gəlməyə çalışacağıq. Rəqib güclü klubdur, hesab tamaşaçıları aldatmasın. 1-ci qarşılaşmada oyunumuzu növbətidə də göstərməyə çalışcağıq. Hədəfimiz çempionluqdur”.

Həmin kateqoriyadan