- Baxış sayı: 36
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 22-ci turunda qayda pozuntuları barədə qərarlar verilib:
“Turan Tovuz” – “Kəpəz” oyununda azarkeşlər tərəfindən meydançaya kənar əşya atılmasına görə meydan sahibi 1600 manat cərimə edilib.
Qonaq futbolçu Orxan Sadıqlı birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün, 2 oyun cəzalandırılıb, klub 1600 manat cərimələnib.