- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycanlı FİFA referisi Orxan Məmmədov UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Zenit”i ilə İspaniyanın “Valensiya” klubunun gənclərdən ibarət komandalarının oyununu idarə edib. Allsport.az xəbər verir ki, Sankt-Peterburqda baş tutan qarşılaşmada ispanlar 1:0 hesabıyla qalib gəliblər.
Məmmədov bu görüşdə üç sarı vərəqə göstərib. O, bu vərəqələrdən ikisini meydan sahiblərinə, birini isə qonaqlara göstərib.
Qeyd edək ki, Orxan Məmmədova bu oyunda yan xətt hakimləri Yaşar Abbasovla Kamran Bayramov kömək edib.