Osakada olimpiya məşəli estafeti tamaşaçısız start götürüb

Yaponiyanın Osaka prefekturasında olimpiya hərəkatı tarixində ilk dəfə olimpiya məşəli estafeti tamaşaçısız start götürüb. Allsport.az saytı xəbər verir ki, Tokio-2020 təşkilat komitəsi tədbirin qısaldılmış formatda və tamaşaçısız keçirilməsini, yeni koronavirusa yoluxma sayının artması təhlükəsindən narahat olan yerli hakimiyyət orqanlarının istəyi ilə edib.

Məşəl estafeti Fukusima prefekturasının Naraha şəhərində yerləşən “J-Village” futbol məşq mərkəzində başlayıb. 121 gün davam edəcək estafet ölkənin 47 prefekturasının 859 bələdiyyəsinin ərazisindən keçəcək. İyulun 23-də məşəlin Tokio milli stadionunda “dördilliy”in açılışına çatdırılması ilə sona yetəcək.

Həmin kateqoriyadan