- Baxış sayı: 27
- 25 Mart 2026 15:55
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

“Qalatasaray”ın hücumçusu Viktor Osimhenin “Napoli”yə qayıtma ehtimalı azdır.
Allsport.az xəbər verir ki, nigerliyalı futbolçu hazırda karyerasını davam etdirmək üçün yer axtarır. Osimhenin “Əl-Hilal”la müqavilə imzalamaq istədiyi bildirilir. Ər-Riyad klubu artıq onunla danışıqlara başalyıb.
“Mançester Yunayted” isə vəziyyəti izləyir.
Osimhenin “Napoli” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Bu mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edən 26 yaşlı Viktor bütün turnirlərdə 40 matça çıxıb, 36 qol vurub və 8 məhsuldar ötürmə verib.