Osimhen “Qalatasaray”da qalır?

“Qalatasaray” yayda “Napoli”dən icarəyə götürdüyü hücumçu Viktor Osimheni tam satın almaq variantını nəzərdən keçirir.

Allsport.az xəbər verir ki, Neapol təmsilçisi daha əvvəl 75 milyon avro tələb etsə də, hazırda istədiyini aşağı salıb.

İstanbul təmsilçisi 9 milyon avro icarə haqqı ödəyini üçün “Napoli”yə 66 milyon avro təklif edib.

Osimhen cari mövsüm ərzində 37 oyun keçirib, 33 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Həmin kateqoriyadan