- Baxış sayı: 68
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

İngiltərə premyer liqasının 18-ci turunun təxirə salınmış matçında “Mançester Siti”, “Brentford”a qarşı 1:0 hesablı qələbə qazanıb.
Allsport.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola oyunu şərh edib:
“Brentford” çox çətin komandadır. Ötən mövsüm onlara qarşı oyunlarda 6 xal itirdik. Onların oyunu İvan Tavneydən keçir – o, ustadır, həqiqətən yaxşı oyunçudur.
Oyun yenə çox yaxşı keçdi və mən nəticədən razı qaldım. Düşünürəm ki, ikinci hissədə birinciyə nisbətən daha az şansımız oldu. İkinci hissədə bəzi problemlər yaşadıq”.