- Baxış sayı: 35
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Serxio Peres Monako qran-prisinin qalibi olub. Allsport.az saytı xəbər verir ki, “Red Bul“un sürücüsünün qazandığı qələbədə ona düzgün taktika seçimi və “Ferrari“ komandasının bıraxdığı səhvlər kömək etdiyini deyib. Bununla da, o, karyerasının 3-cü qələbəsini qazanmaqla, Formula-1 tarixində ən uğurlu meksikalı sürücü olub. Gərgin yarışdan sonra, Serxio sevincini belə bölüşüb:
“Mənim arzum gərçəkləşdi! Bütün sürücülər Monakoda qalib gəlməyi xəyal edir, çünki buranı ev yarışından sonra ən çox qalib qalib gəlmək istənilən tras adlandıra bilərəm. Ötüşmənin sonuna yaxın vəziyyəti biraz çətinləşdirdik, lakin təkərlər qranulasiya olunmağa başlayanda səhvlərdən yayınmaq üçün çalışdıq.
Həmkarım Karlos Saynzı ( “Ferrari“) geridə qoymaq asan olmadı. Bir neçə döngə sonra qranulyasiya dayandıqda, 1 yarış belə sürməyə hazır idim! Mənim və ölkəm üçün çox vacib bir gündür! Çox xoşbəxtəm və şübhə etmirəm ki, Pedro Rodrigez (meksikalı sürücü) bizə səmadan baxır və bu gün əldə etdiklərimizlə fəxr edir”.
Aynur MEHDİYEVA