- Baxış sayı: 63
- 19 Dekabr 2025 12:24
- Baxış sayı: 133
- Dekabr 19, 2025
- 0


NHL-nin müntəzəm mövsümü çərçivəsində “Filadelfiya Flayers” – “Vaşinqton Kapitalz” matçı baş tutub.
Allsport.az xəbər verir ki, görüş “paytaxtlılar”ın 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Aleksandr Oveçkin Vaşinqtonun qolunu vuraraq, ardıcıl qol seriyasını dörd oyuna çatdırıb.
Dörd və ya daha çox qolla oyun seriyası rusiyalının liqadakı karyerasında 34-cü olub. O, Mario Lemyenin rekordunu təkralayıb. Ən azı 30 belə seriyası olan yeganə digər oyunçu Ueyn Qretzkidir (30).
Qol seriyasının uzunluğuna görə Lemyenin ən yaxşı nəticəsi 12 oyun, Qretzkinin 9, Oveçkinin isə 7 oyundur.