- Baxış sayı: 68
- 08 Noyabr 2026 18:41
- Baxış sayı: 306
- Noyabr 09, 2026
- 0

Fiqurlu konkisürən Yevgeniya Lopareva Polşada keçirilən “Çellencer” turniri olan Varşava kubokunda qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, Fransanı təmsil edən rusiyalı konkisürən buz rəqsi yarışında iştirak edib. O və onun partnyoru Ceffri Brissot iki çıxışda 202.06 xal toplayaraq qalib gəliblər.
Lopareva və Brissot 2025-ci il Avropa çempionatında gümüş medal qazandılar. Onlar ardıcıl üç ildir ki, Fransa çempionatında və Polşada keçirilən “Çellencer”də qalib gəlirlər.