- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

“Qarabağ”ın futbolçusu Kvabena Ovusu Macarıstan klubu “Ferentsvaroş”a keçib. Allsport.az xəbər verir ki, qanalı hücumçunun transferi yekunlaşıb.
25 yaşlı hücumçu “Ferentsvaroş”la 2,5 illik müqavilə imzalayıb. Bu keçid üçün Ağdam təmsilçisinə 250-300 min avro təzminat ödənilib.
Ovusunun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədər idi.