- Baxış sayı: 23
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Premyer liqanın 29-cu turunda “Qəbələ” səfərdə “Zirə”yə 0:4 uduzub. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Kaxaber Tsxadadze oyun haqda danışıb:
“İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. Mübarizə yox idi, təşəbbüsü “Zirə”yə vermişdik. Rəqib yaxşı pressinq edirdi, onlarda böyük istək var idi. İlk dəfə belə hal yaşanır. Heç bir rəqibə qarşı belə oynamamışdıq. İkinci hissədə oyunu dəyişməyə çalışdıq. Meydana daxil olan gənclər mübarizə apardılar.
Oyun alınmaya bilər, amma mübarizə aparmaq lazımdır. İstəksiz görünən futbolçularla bağlı tədbir görüləcək. Mən komandaya gələndə komanda sonuncu pillədə idi. Kluba kömək etməyə gəlmişəm. Qarşıda kubok matçımız var. Həmin görüşə hazırlaşacağıq. Uzunmüddətli planlarımız var. “Qəbələ”nin adı, infrastrukturu var. Belə bir klubu saxlamaq lazımdır. Ümid edirəm ki, hamı bu barədə yaxşı düşünəcək. “Qəbələ” Premyer Liqada qalsa, növbəti mövsüm “üçlük” uğrunda mübarizə aparacaq. I liqaya düşsək, bir ildən sonra geri qayıdacaq”.