- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Serbiyanın “Voyvodina” komandasının baş məşqçisi Milan Rastavaç Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Sabah”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Allsport.az xəbər verir ki, o, 2:4 hesabı ilə uduzduqları oyundan razı qaldığını söyləyib:
“Oyun fiziki hazırlığımızın imkan verdiyi kimi keçdi. Oyunun əvvəlində çox yaxşı idik, sonra səhvlər etməyə başladıq. Yaxşı olan çox şey var. Amma üzərində çalışmalı olduğumuz məqamlar da az deyil. Bunları düzəltmək lazımdır. Əvvəlki oyunla müqayisədə müəyyən irəliləyiş əldə etməyimiz və bəzi şeylərin daha yaxşı görünməsi mənim üçün vacibdir. İşləməyə davam etməliyik”.