““Nyukasl” ilə oyuna hazırlaşmağa vaxtımız az oldu”

Çempionlar liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikrini açıqlayıb:

“Çox böyük təcrübə əldə edə biləcəyimiz oyundur. Çempionlar liqasının pley-off mərhələsində oynamaq Azərbaycan futbol tarixində ilkdir. Xüsusən də, “Nyukasl” kimi köklü klubla oynayacağıq. Dünyanın bir nömrəli çempionatından gələn komandadır. Oyuna hazırlaşmağa vaxtımız az oldu. Amma ümumilikdə futbolçularımız çox məsuliyyətli davranırlar, həyəcanlıdırlar.

Onlar sabahkı matçı səbirsizliklə gözləyirlər. Hər biri özünün ən yaxşı oyunlarından birini keçirməyi düşünür. Doğma meydanımızda, azarkeşlərimizin önündə yaxşı mübarizə aparmağa, ağıllı və cəsarətli oyun göstərməyə çalışacağıq. Oyunçularımızın özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlarına inanıram”.

Həmin kateqoriyadan