“Oyunda qopma nöqtəsi İlkinin Qırtımovun qırmızı vərəqə alması oldu”

Bu gün “Qəbələ” evdə ” Araz Naxçıvan”a 2:4 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşiyev məğlubiyyəti belə şərh etdi:

“Ağır oyun olacağını bilirdik. Yarış cədvəlində son pillələrdə olsaq da, qələbəyə ümidliydik. Xeyli qol vəziyyətləri yaratdıq.

Oyunda qopma nöqtəsi İlkinin Qırtımovun qırmızı vərəqə alması oldu. Ondan sonra boşluqlar yarandı və rəqib bundan yararlandı”.

Həmin kateqoriyadan