- Baxış sayı: 33
- 01 Aprel 2025 23:44
- Baxış sayı: 60
- Mart 24, 2025
- 0
Azərbaycan yığma komandasının baş məşqçisi Fernandu Santuş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti yığması ilə keçirilən yoldaşlıq görüşündən (0:3) sonra mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyun barədə bunu deyib:
“Təlim-məşq toplanışına yığışandan bu günə qədər hazırlıq çox yaxşı gedirdi. Bugünki matçın birinci hissəsində daha yaxşı çıxış etdik. Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik. Ümumi götürdükdə oyundan narazı qaldım. İkinci hissədə hücum xəttini gücləndirmək üçün dəyişikliklər etdik. Rəqib cinahlarda boşluqlar verirdi. Bunlardan yararlanmağa çalışdıq. Həmçinin orta sahədə də dəyişiklik etdik ki, intensivliyi artıraq. İkinci hissəyə balanslı başladıq. Amma ikinci qolu buraxdıqdan sonra komanda ruhdan düşdü. Xəyal Əliyev, Səbuhi Abdullazadə və digərləri meydana daxil olduqdan sonra daha çox hücumlar etməyə çalışdıq. Cəhdlər etsək də, sonluğu gətirə bilmədik”.
Milli növbəti yoldaşlıq görüşünü martın 25-də, “Bank Respublika Arena”da Belarus yığmasına qarşı keçirəcək.