“Oyunumuzdan tam razı qaldım deyə bilmərəm”

“Sumqayıt” premyer liqanın XVIII turunda səfərdə “Karvan-Yevlax”ı məğlub edib – 2:0.

Allsport.az xəbər verir ki, görüşdən sonra “kimyaçılar”ın baş məşqçisi Saşa İliç bunu deyib: “Əslində bizim üçün çox vacib 3 xal idi. Qalib gəlsək də oyunumuzdan tam razı qaldım deyə bilmərəm. Ötürmələr və cərimə zərbələri zamanı səhvlərə yol verirdik ki bu da qapımızda təhlükə ilə nəticələnirdi. Oyunumuzu daha təkmilləşdirmək üçün bunların üzərində çalışıb növbəti oyuna hazırlaşacağıq”.

Həmin kateqoriyadan