“Özümə daha çox inanıram”

Ötən mövsüm Ləns Strolun Formula1 karyerası ən məhsuldar olub. Allsport.az saytı xəbər verir ki, buna rəğmən, kanadalı sürücü “Aston Martin” ilə daha çox uğur qazanmağa ümid edir:

“Əlbəttə. Komandanın tarixində “Aston Martin” adı ilə yeni bir fəsil başlayır. Bu avtomobil istedadlı mühəndislər və trasda işləyən eyni dərəcədə istedadlı qrup tərəfindən hazırlanıb. Bunların hamısı mövsüm başlamazdan əvvəl sizi nikbinlik üçün hazırlayır”.

Böyük Britaniya komandasının digər əsas sürücüsü, ötən mövsümü “Ferrari”də keçirmiş almaniyalı Sebastyan Fetteldir.

Həmin kateqoriyadan