“Özüm istefa verəcəyəm”

“Qəbələ” premyer liqanın 5-ci turunda evdə “Zirə”yə 1:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşiyev bunu dedi:

“Ağır oyun olacağını bilirdik. “Zirə” bu mövsüm iddialılar cərgəsindədir. Bizi hesabdan silmək tez idi. Bu oyunda bir daha bunu nümayiş etdirdik.

Güclənməyə ehtiyacımız var. Fasilədə bir futbolçunu heyətə qatacağıq. Rəhbərliklə hər gün görüşürəm.

Onlardan daim dəstək almışam. Burada yad sayılmıram. O üzdən, görsəm ki, həqiqətən alınmır, özüm istefa verəcəyəm”.

Həmin kateqoriyadan