- Baxış sayı: 25
- 03 Aprel 2026 15:22
- Baxış sayı: 136
- Aprel 02, 2026
- 0

“Real Madrid”in hücumçusu və Fransa millisinin kapitanı Kilyan Mbappe karyerasının ən çətin dövrlərindən biri olan AVRO-2020-dən sonra üzləşdiyi irqçi hücumlar barədə səmimi etiraflar edib.
Allsport.az xəbər verir ki, 2021-ci ilin yayında İsveçrəyə qarşı keçirilən 1/8 final matçında (3:3, penaltilər – 4:5) həlledici penaltini qaçıran ulduz futbolçu sosial şəbəkələrdə kütləvi təhqirlərə məruz qaldığını bildirib.
Mbappe həmin günləri belə xatırlayıb: “Məni meymun adlandırmağa başladılar. Öz-özümə dedim ki, milli komanda mənim üçün zirvədir, amma sən qol vurmayanda həmin insanlar səni dərənin dibinə atırlar. Bu hadisə mənim yığmaya olan münasibətimi kökündən dəyişdi”.
Forvard milli qəhrəmanlıqdan nifrət obyektinə çevrilməyin psixoloji çətinliyindən bəhs edərək əlavə edib: “Məzuniyyətə gedəndə ilk günlər canlı meyit kimi idim. Böyük xəyal qırıqlığı yaşayırdım. Milli komandaya gələn kimi dünya çempionu olmuşdum, hamı məni sevirdi. “Fransa nə möhtəşəmdir” deyə düşünürdüm, amma sonra belə bir zərbə aldım. Bu, həqiqətən çox amansız idi”.