- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin yarımmüdafiəçisi Kenni Sayef Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirib. Allsport.az xəbər verir ki, ABŞ millisinin keçmiş üzvü klub televiziyasına açıqlamasında hazırlığın çox yaxşı getdiyini söyləyib:
“Düzdür, toplanışın əvvəlində bir çox oyunçumuz zədəli oldu. Bizimlə tam məşq keçə bilmədilər. Buna baxmayaraq, bizim üçün çox faydalı hazırlıqdır. Bir-birimizi həm meydanda, həm də kənarda daha yaxşı tanımağa başlayırıq. Ümumi götürsək, hər şey qaydasındadır”.
Fərqli mövqelərdə oynaması barədə danışan 30 yaşlı yarımmüdafiəçi bildirib ki, meydanın hər yerində ən yaxşısını etməyə çalışır: “Baş məşqçinin verdiyi tapşırığa uyğun oynayıram. Özümü yeni mövqelərdə sınamağı xoşlayıram. Müasir futbol təkcə ayaqla oynanılmır, başdan da istifadə etmək lazımdır”.
O, Portuqaliyanın “Arouka” klubuna keçən Yusuf Lavalın “Neftçi”ni tərk etməsinə də toxunub: “Ona hər şeyin ən yaxşısını arzulayıram. Komandamız üçün önəmli oyunçulardan idi. Amma özü qərar verdi və getdi, buna hörmətlə yanaşırıq. Yusufu çox sevirik. Onun gedişinin komandaya təsir edib-etməyəcəyini zaman göstərəcək. Rəsmi oyunlar başladıqdan sonra bunu görə biləcəyik. Biz futbolçuyuq, meydanda tapşırıqları yerinə yetiririk. Digər məsələlər baş məşqçinin işidir”.