Özünü Maradonaya bənzətmək istəyib

Premyer liqanın 8-ci turunda təxirə salınmış matçda “Çelsi” və “Liverpul” “Stemford Brik”də üz-üzə gəlib.

Allsport.az xəbər verir ki, çərşənbə axşamı baş verən oyunda hər 2 tərəf fərqlənə bilməyib. Matçda “Çelsi”nin 2 qolu sayılmayıb. Qollardan birini Ris Ceyms, digərini isə Kay Haverts imza atıb.

Havertsin vurduğu top, qapıçı Allisondan qayıdıb və Alman ulduzun əlinə dəyərək tora gedib. Hakim ilk səfərdə qolu qəbul etsədə, VAR-dan sonra ləğv edib.

Bundan sonra azarkeşlər Kaya əsəbiləşiblər. Bu reaksiyaların səbəbi ulduzun əli ilə oynadığını bildiyi halda qola sevinməsi olub.

Sosial şəbəkələrdə bir azarkeş belə şərh yazıb: “Havertz bu qola necə sevinir? Utanmaz!”

Həmin kateqoriyadan