- Baxış sayı: 38
- 20 Yanvar 2025 18:47
- Baxış sayı: 174
- Yanvar 19, 2025
- 0
4 dekabrda Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında dostluq görüşü keçiriləcək. Allsport.az xəbər verir ki, bu qarşılaşma cari ilin may ayında AGF prezidenti Fazil Məmmədovun fransalı həmkarı Alain Bertoloma qonaq olarkən razılaşdırılıb.
Ümumilikdə, 10 güləşçinin mübarizə aparacağı qarşılaşmada 3 çəkidə sərbəst, 3 çəkidə yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər yarışacaq.
Artıq Parisdə milli komandamız təlim-məşq bazasında birgə hazırlaşıblar. Seçməmizin üzvləri əvvəlcə yüngül isinmə hərəkətləri ediblər. Sonra məşqçilərin tapşırığı ilə taktiki çalışmalar üzəribdə işlənilib.
Qonaq qismində dostluq görüşünə qatılacaq olimpiya çempionlarımız Namiq Abdullayev, Fərid Mansurov, Şərif Şərifov və Toğrul Əsgərov da komanda ilə birgə məşqdə iştirak ediblər.