- Baxış sayı: 101
- 20 Mart 2026 23:43
- Baxış sayı: 139
- Mart 19, 2026
- 0

Türkiyənin 1-ci liqa klubu “Boluspor”un qapıçısı Orlondo Moskera karyerasını Azərbaycanda davam etdirə bilər. Allsport.az xəbər verir ki, panamalı qolkiperin agenti Tekin Birinci müştərisinin Azərbaycandan təklif aldığını açıqlayıb:
“Azərbaycandan güclü bir klub əlaqə saxladı və Orlondo ilə maraqlandı. Mən də hazırda futbol haqqında danışılacaq vəziyyətin olmadığını dedim”.
25 yaşlı qapıçı 2020-ci ilin yanvarında Panamanın “Tauro” klubundan “Boluspor”a keçib.