- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Qəbələ” ilə Yunanıstanın PAOK klubu arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, UEFA bu oyunu Danimarkadan olan hakimlərə tapşırıb.
Belə ki, qarşılaşmanın baş hakimi Yakob Kehlet təyin olunub. Ona həmyerliləri Henrik Larsenlə Lars Riks kömək edəcək. Dördüncü hakim funksiyasını isə Lars Hummelqaard yerinə yetirəcək.
Qeyd edək ki, PAOK – “Qəbələ” matçı noyabrın 26-dan 27-nə keçən gecə keçiriləcək və saat 00:05-də start götürəcək.
Sonda onu da vurğulayaq ki, Kehlet bu mövsüm Avroliqadakı digər təmsilçimiz “Qarabağ”ın Fransa “Monako”su ilə səfər oyununu idarə etmişdi.