PAOK – “Qarabağ” matçını şotlandiyalı Con Biton idarə edəcək

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək PAOK (Yunanıstan) – “Qarabağ” matçının hakim təyinatları bilinib. Allsport.az saytı xəbər verir ki, UEFA bu qarşılaşmanı şotlandiyalılara tapşırıb.

Baş fit sahibi Con Biton təyin olunub. Ona yan xətt referiləri Duqlas Potter və Alaster Mater kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şon Karr yerinə yetirəcək. Qapı arxasında dayanan ədalət təmsilçiləri Stiven Maklin və Donald Robertson təyin ediliblər.

PAOK – “Qarabağ” matçı noyabrın 3-də Salonikidəki “Tumba” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

Həmin kateqoriyadan