- Baxış sayı: 35
- 06 Fevral 2026 17:46
- Baxış sayı: 220
- Fevral 04, 2026
- 0

Avropa Liqasında qrup mərhələsinin 4-cü turunda Yunanıstan PAOK-u ilə “Qarabağ” komandaları arasında keçiriləcək oyunun bilet satışına start verilib. Allsport.az saytı xəbər verir ki, Salonikidə baş tutacaq görüşün biletləri 10-40 avro (18-71 manat) aralığındadır.
VİP yerlər üçün isə biletlər 100 avroyadır. Biletləri PAOK-un rəsmi saytından, eləcə də matçın baş tutacağı “Tumba” arenasının kassalarından almaq olar. Bu klublar arasında qarşılaşma noyabrın 3-də keçiriləcək.