- Baxış sayı: 37
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Şotlandiyalı kolleksiyaçı Jo Conston FİFA-ya daxil olan bütün ölkələrin oyun köynəklərini toplamaqla məhşurlaşıb. Allsport.az saytı xəbər verir ki, onun guşəsində ən dəyərlisi Azərbaycan milli komandasının 2010-cu ildə çıxış etdiyi formadır.
Köynək 2010-cu ildə U-17 milli komandamızın futbolçuları və komanda nümayəndələri tərəfindən imzalanıb və Roma Papası XVI Benediktə hədiyyə edilib. Jo isə bu köynəyi sonradan onlayn satış portalı olan eBay-d’n əldə edib.
Köynəyin üzərinə Elşən Abdullayev, Emil Balayev, Məqsəd İsayev, Rəşad Əzizlinin və U-17 millimizin digər futbolçuları imza atıb.