- Baxış sayı: 39
- 13 Aprel 2025 22:42
- Baxış sayı: 74
- Aprel 13, 2025
- 0
Fransada keçirilən yay olimpiya oyunlarında daha bir böyük qalmaqal yaşanıb. Allsport.az saytı xəbər verir ki, “B” qrupunda Argentina millisi Mərakeşin qapısına əlavə olunmuş vaxtın 16-cı dəqiqəsində qol vurub. Baş hakim Qlen Nüberq mümkün ofsayd üçün video təkrarına baxmağa getdi.
Yarımmüdafiəçi Kristian Medinanin qolu Xavyer Maskeranonun komandasını xilas edə bilərdi, çünki oyun zamanı onun futbolçuları 1:2 hesabı ilə uduzurdular.
Bu zaman Sent-Etyendə “Joffrua-Qişar”Guichard” stadionunun tribunalarında iğtişaşlar başlayıb – Mərakeş millisinin azarkeşləri argentinalılara plasmas butulka və fişənglər atıb, sonra isə meydançaya qaçıblar.
Hakim dərhal hər 2 komandanın futbolçularını tribuna otağına aparıb. Azarkeşlərdən stadionu tamamilə tərk etmələri tələb olunub.
Nəticədə matçda fasilə 2 saata yaxın davam edib. Oyun boş tribunalar önündə yenidən başladıqdan sonra, referi haqlı olaraq Argentinanın oyundankənar qolunu ləğv edbi. Qalan 3 dəqiqədə futbolçular oynayıb və Mərakeş millisi 2:1 hesabı ilə qalib gəlib.