- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

FİFA referisi Elçin Məsiyev konfrans liqasının pley-ofunda “Partizan” (Serbiya) – “Gent” (Belçika) arasında ilk oyunun baş hakimi olacaq.
Allsport.az saytı xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. 4-cü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Kamal Umudlu matçda VAR, Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 22-də Belqrad şəhərində “Partizan” stadionunda keçiriləcək.