- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayev karyerasını Ukraynanın “Metallurq” (Zaporojye) klubunda davam etdirəcək. Allsport.az xəbər verir ki, klubla müqaviləsinin müddəti mayın 31-də başa çatan futbolçumuz yeni anlaşmaya imza atıb.
Artıq onun adı 2015/16 mövsümünün iştirak ərizəsinə də daxil edilib. Belə ki, futbolçumuz bu gün keçiriləcək 5-ci turun “Vorskla” ilə ev oyununda komandasına kömək edə bilər.
Maraq üçün qeyd edək ki, mövsümün geridə qalan 4 turunda Pavelsiz oynayan “Metallurq” 1 heç-heçə və 3 məğlubiyyətlə turnir cədvəlinin sonuncu – 14-cü pilləsində qərarlaşıb. Çox güman ki, Paşayevi də bu uğursuzluqlardan sonra komandaya qaytarmağa qərar veriblər.
Pavel ötən mövsüm “Metallurq”un aparıcı futbolçularından olub. O, zaporojyelilərin heyətində meydanda ən çox (2208 dəqiqə – 25 oyun) vaxt keçirən futbolçu kimi rekorda da imza atmışdı. O, bu oyunlarda iki məhsuldar ötürmə ilə də yadda qalmışdı.