- Baxış sayı: 20
- 05 Dekabr 2025 21:28
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

“Oleksandriya”nın futbolçusu Pavel Paşayev Urayna premyer liqasında 200-cü oyununa çıxıb. Allsport.az xəbər verir ki, millimizin üzvü üçün 22-ci turda Kiyev “Dinamo”suna qarşı görüş (1:3) yubileylə əlamətdar olub.
32 yaşlı müdafiəçi “Oleksandriya”da 61, “Krivbass”da 34, “Metallurq” və “Stal”da 29, “Dnepr”də 24, “Karpatı”da isə 23 çempionat oyununa çıxıb.
Paşayevin komandaları bu 200 oyunun 74-də qələbə qazanıb, 61-də heç-heçə edib, 65-də isə uduzub.