- Baxış sayı: 37
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Ukrayna kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” evdə “Zarya” ilə qarşılaşıb.
Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Zarya” (4:3) növbəti mərhələyə yüksəlib. Paşayev 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.
Kubokun finalında “Zarya” və Kiyev “Dinamo”su qarşılaşacaq. Matç mayın 13-ü keçiriləcək.