- Baxış sayı: 14
- 04 Fevral 2026 14:25
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0
Ukrayna çempionatında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – “Metallurq” da növbəti matçına çıxıb.
Zaporojye klubu səfərdə “Zarya” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvünün adı bu görüşün də 18-liyində yer almayıb.
Qeyd edək ki, “Metallurq” geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.