- Baxış sayı: 39
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Avropa liqasında 3-cü ələmənin cavab oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” klubu evdə Rumıniya “Astra”sını qonaq edib.
“Marallar” bu görüşdə qalib gəlib (1:0). Səfərdə qolsuz heç-heçə edən Ukrayna təmsilçisi avroliqanın pley-offuna vəsiqə qazanıb.
Millimizin müdafiəçisi matçın iştirakçısı olmayıb. Futbolçumuz oyunu ehtiyat oyunçular skamyasından izləyib. Xatırladaq ki, “Astra” 2-ci təsnifat mərhələsində bizim “Zirə”ni mübarizədən kənarlaşdırmışdı.