- Baxış sayı: 20
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0
Ukrayna çempionatında 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – “Metallurq” da növbəti matçına çıxıb.
Zaporojye klubu səfərdə “Volın” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:9 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvünün adı bu görüşün də 18-liyində yer almayıb.
Qeyd edək ki, “Metallurq” geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.