- Baxış sayı: 93
- 12 Mart 2026 15:31
- Baxış sayı: 151
- Mart 19, 2026
- 0

Respublika olimpiya mərkəzində 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə paytaxt birinciliyi keçirilib. Allsport.az xəbər verir ki, oğlanlar arasında uzunluğa tullanma yarışında Mərdan Mustafazadə qalib adını qazanıb. Qızların yarışında isə uzunluğa tullanmada Veronika Antropova 1-ci olub.
Oğlanlar arasında qaçış yarışlarında Elcan Cəfərov (300 m) və Səid Səfərov (1000 m) birinci olublar. Qızların mübarizəsində isə Mələk Tağızadə (300 m) və İlahə Quliyeva (1000 m) hamıdan öndə olublar.