- Baxış sayı: 37
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 150
- Fevral 02, 2026
- 0

AÇ-2020-nin paytaxtımızda oyunlarını izləmək üçün Azərbaycana yollanmaq istəyən azarkeşlərin koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətlərindən azad edilməsi planlaşdırılır. Allsport.az xəbər verir ki, bu istisna yalnız Bakı olimpiya stadionunda üz-üzə gələcək yığmaların fanatlarına şamil olunacaq.
Tərəfdarlar son koronavirus testinin mənfi çıxdığını sübut edən sənədi və oyun biletini təqdim etməklə viza ala biləcəklər.
Bakı ilə yanaşı, Sankt-Peterburq və Buxarestə gələn bilet sahibləri onları ölkəyə giriş qadağalarından və ya karantin tələblərindən azad edəcək xüsusi prosedurlardan yararlana bilərlər.
Digər təşkilatçı şəhərlərdə isə karantin tələblərinə tam əməl olunmalıdır.