Pedro Çirivelya: “Qarabağ”a qol vuranda, sevincimdən dəli kimi qaçdım

“Nant”ın futbolçusu Pedro Çirivelya Avropa liqasının “G” qrupunun 5-ci turunda “Qarabağ”a 2:1 qalib gəldikləri matç barədə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 25 yaşlı yarmmüdafiəçi Fransa klubunun qələbəyə layiq olduğunu deyib:

“”Qarabağ” topla oynamağı sevir. Rəqibin futbolçuları fiziki cəhətdən çox güclüdür. Onlara qarşı mübarizə aparmaq çətindir. Çünki “Qarabağ” çox yaxşı komandadır. Son dəqiqələrdə çox yorğun olsam da, qol vuranda, sevincimdən dəli kimi qaçdım. Sonadək təslim olmadıq və layiqli qələbə qazandıq. Fevralda avrokubok həyəcanını yenidən yaşamaq istəyirik”.

Həmin kateqoriyadan