- Baxış sayı: 168
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 168
- Dekabr 05, 2025
- 0

Dünya futbolunun əfsanəsi Pele həmyerlisi Zikonu FIFA prezidenti vəzifəsinə ən yaxşı namizəd hesab edir. Allsport.az saytı xəbər verir ki, 3-qat dünya çempionu bu barədə deyib:
“Ziko FIFA rəhbərliyinə ən yaxşı namizəddir. Onun Yaponiyadakı fəaliyyətini qənaətbəxş hesab edirəm. Onu yaxşı tanıdığım üçün deyə bilərəm ki, Ziko bu kürsüyə ləyaqətli və güclü namizəddir. FIFA-ni idarə etmək çox çətindir”.
Ziko bir müddət əvvəl FIFA prezidentliyinə seçkilərdə iştirak edəcəyini açıqlamışdı. Ali futbol qurumunun rəhbər vəzifəsindən kənarlaşdırılan Zepp Blatter bir neçə dəfə Azərbaycan olub.