“Penalti səhv qərardır“

Allsport.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Adrian Mutu, premyer liqanın 7-ci turunda səfərdə lider “Zirə”yə qarşı keçirdikləri oyunu (1:1) şərh edib:

“Oyuna görə futbolçularımı təbrik etmək istəyirəm. Düşünürəm ki, hakimlərin verdiyi sərt qərarlar oyunu gətirib bura çıxardı. Həmin epizoda baxdım, öz baxış bucağımdan deyə bilərəm ki, Yuri topa toxunur, sonra təbii hal olaraq rəqibə toxunur. Qaça bilməzdi. Penalti səhv qərardır. 7 oyunda qapımıza üçüncü penaltidir ki, təyin olunur. Ardıcıl iki matçdır ki, 11 metrlik cərimə zərbəsi verilir. Son iki oyunda qapımıza ancaq penaltidən qol vurulur, bu, məni narahat edir. Bu haqda ölçü götürülməlidir.

Həmin kateqoriyadan