- Baxış sayı: 27
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 24
- Noyabr 26, 2024
- 0
Allsport.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan premyer liqasının 29-cu turunda “Qarabağ”a qarşı keçirdikləri matç barədə fikirlərini bölüşüb. O, 1:3 hesabı ilə uduzduqları oyunu belə dəyərləndirib:
“Çalışdıq ki, çempionatda uğurlu çıxışımızın davamını gətirək. Rəqibin hansı səviyyədə olduğunu, futbolçuların fərdi keyfiyyətlərini yaxşı bilirdik. Bütün bunlara baxmayaraq səy göstərdik ki, öz oyunumuzu ortaya qoyub heç olmasa bir xalla səfərdən qayıda bilək. Hətta qol da vurduq.
Komandamız bəlkə də “Qarabağ”ın adına görə bir az ehtiyatlanırdı. Amma ümumillikdə səhvsiz və nizam-intizamlı oynamağa çalışdıq. Penalti olmasaydı, nəticə bəlkə də fərqli olardı. Oyunun sınma nöqtəsi yəqin ki, elə penalti oldu. Xətalar ardıcıl baş verməyə başladı. Komandamızın döyüşkənliyi, “Qarabağ”dan çəkinməyərək oynaması, topa daha çox yiyələnmək istəyi, müdafiədən hücuma topla çıxması məni sevindirdi.
Qarşıdakı oyunlara diqqətimizi daha çox yönəltməliyik. Hədəfimiz elitada qalmaqdır və bu yolda bizi çox ağır üç oyun gözləyir. Həmin oyunlar da əsas rəqiblərimizə qarşıdır. Diqqəti həmin görüşlərə ayırmalıyıq”.