“Penaltini Emin Mahmudovun vurmasını demişdim”

Bu gün Azərbaycan seçməsi millətlər liqasında evdə İsveç futbolçularına 1:3 uduzdu. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında baş məşqçimiz Fernandu Santuş yenilgiyə aydınlıq gətirdi:

“Oyuna yaxşı başladıq. Hücumlar təşkil etdik. Amma bunu qola çevirə bilmədik. Sonra müdafiəyə keçdik. Rəqib güclü komandadır, bizi sıxırdı.

İlk hissənin sonunda penalti qazandıq, lakin uğurlu ola bilmədik. Mən matçdan öncə və gedişatda penaltini Emin Mahmudovun vurmasını demişdim.

2-ci yarıda əks-hücumlara ümid etdik. Təlim-məşqlərdə tapşırıqlarda müəyyən səhvlər oyunda da özünü büruzə verdi. Müdadiədən hücuma tez çıxmalıyıq”.

Həmin kateqoriyadan