Peresi istefaya səslədilər

La liqanın XXVI turu çərçivəsində keçirilən “Real Madrid” – “Xetafe” matçı (0:1) paytaxt klubunda gərginliyi pik həddə çatdırıb.

Allsport.az xəbər verir ki, meydan sahiblərinin gözlənilməz məğlubiyyəti azarkeşlərin kəskin etirazı ilə qarşılanıb.

Oyunun final fitindən sonra “Santyaqo Bernabeu” stadionuna toplaşan minlərlə tərəfdar klub prezidenti Florentino Peresi hədəf alıb. Azarkeşlər bir ağızdan “Florentino – istefa!” şüarları səsləndirərək klubun rəhbərliyindən narazılıqlarını ifadə ediblər.

Həmin kateqoriyadan