“Real”dan Peres açıqlaması

Allaport.az xəbər verir ki, “Real Madrid”in prezidenti Florentino Peresin tutduğu vəzifədən istefa verə biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edən rəsmi açıqlama yayıb.

“Bəzi sosial mediada prezident Florentino Peresin klub prezidenti vəzifəsindən getməyi düşündüyü ilə bağlı şayiələrə cavab olaraq, “Real Madrid” aşağıdakıları bildirmək istəyir:

– Bu şayiələr tamamilə həqiqətə uyğun deyil və reallıqla heç bir əlaqəsi olmayan müəyyən maraqlardan irəli gəlir.

Peres ilk dəfə 2000-ci ildə “Real Madrid”ə rəhbərlik edib və 2006-cı ilə qədər Madrid klubunu idarə edib. İkinci dəfə 76 yaşlı Florentino 2009-cu ildə “qalaqtikos”un prezidenti olub və o vaxtdan bu vəzifədə idi. 2021-ci ildə Peres digər namizədlərin olmaması səbəbindən 2025-ci ilə qədər avtomatik olaraq yenidən seçilib.

Həmin kateqoriyadan