- Baxış sayı: 52
- 27 Mart 2023 17:59
- Baxış sayı: 124
- Mart 28, 2023
- 0
Azərbaycan peşəkar boks federasiyası ölkədə ilk dəfə WBC ilə təlimlər təşkil edib. Allsport.az xəbər verir ki, proqram çərçivəsində ilk təlim fevralın 10-11-də “Bulvar” oteldə peşəkar boks referi və hakimləri üçün keçirilib.
Təlimi 2000-dən çox peşəkar döyüşlərdə, 300 titul görüşlərində hakimlik etmiş təcrübəli italyan hakim Cuidi Kavalleri keçirib. Təlimin sonunda hakimlər imtahan verib və WBC-nin xüsusi sertifikatları ilə təltif olunublar.
İkinci təlimi isə fevralın 12-də katmanlar üçün ispaniyalı Rodriqes “Tinin” Dominqes Aqustin keçib. Təlimlər ümumən 40 nəfər iştirakçını əhatə edib.