- Baxış sayı: 22
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Peşəkar futbol liqası və “Şamaxı” futbol klubu arasında görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, Şamaxı şəhərində baş tutan görüşdə PFL-in prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev iştirak ediblər. Qarşı tərəfdən klubun idarə heyətinin sədri Elçin Usub və baş menecer Kamran İsmayılov qatılıblar. “Şamaxı” rəsmiləri səfərə görə qonaqlara təşəkkür edərək klubun hazırki durumu, planları barədə məlumat veriblər.
Elçin Usub klub olaraq əsas hədəflərinin yerli təcrübəli və eyni zamanda gənc, potensiallı futbolçuların birliyindən mübariz komanda qurmaq olduğunu bildirib. E. Usub həmçinin Vüqar Əsgərli, Cavid Hüseynov kimi gənc, premyer liqa təcrübəsi olmayan mütəxəssislərə güvənməklə onları da Azərbaycan futboluna qazandıracaqlarına ümidini ifadə edib. Uşaq futbolunu da xüsusi diqqətdə saxladıqlarını bildirən rəsmilər ölkə futbolunun əfsanələrindən olan Vəli Qasımovun rəhbərliyi altında hal-hazırda Şamaxıda 4 yaş qrupu üzrə hazırlıq aparıldığını, yaxın gələcəkdə bu sayı artırmağı planlaşdırdıqlarını qeyd edib.
PFL prezidenti Elxan Səmədov isə öz növbəsində klub üçün görülən işlərin gedişatından məmnunluğunu bildirib. Xüsusilə komandanın heyəti üçün yaradılan şəraitin ölkədə ən yaxşılardan olduğunu vurğulayan Səmədov kluba olan dəstəyin və planların böyük ümidlər verdiyini qeyd edib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşün ardından rəsmilər Misli Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Şamaxı” – “Sumqayıt” matçını izləyiblər.